iPhone 5-in təqdimat tarixi açıqlandı
13 Avqust 2011 Şənbə 05:51
Yeni smartfonlar iPhone 4-dən nə ilə fərqlənəcək?
Apple şirkəti sentyabrın 7-də yeni məhsullarının, o cümlədən, beşinci nəsil iPhone smartfonunu təqdim etməyə hazırlaşır. Bu barədə məlumatı Kodawarisan.com saytı yayıb.
Ənənəyə görə, Apple sentyabrın birinci yarısında iPod pleyerlərlərinin yeni versiyalarını təqdim edir. Lakin bu il tədbirin əsas qəhrəmanı yeni İphone ola bilər. Ötən illərdə Apple bz smartfonunun yeni modelini iyun-iyul aylarında təqdim etmişdi. Lakin bu il istisna oldu.
Ekspertlərin fikrincə, yeni iPhone ötən ilin iyununda buraxılan dördüncü nəsil smartfonlardan cüzi fərqlənəcək. Çox güman ki, yeni smartfonlar Apple A5 prosessoru, daha güclü videosürətləndirici, eləcə də, 8 meqapiksellik kamera ilə təmin ediləcək. Bəzi mənbələr iddia edir ki, yeni telefonların korpusu daha incə və dəyirmi olacaqö
Qeyd edək ki, iPhone-nin debüt modeli bazara 2007-ci ildə çıxıb. Apple smartfonlarının dünya üzrə satış səviyyəsi 128 milyon ədəddir.
DOSTLARINLA PAYLAŞ: