Apple yeni iPad Air ve daha ucuz MacBook planşetlerini teqdim edib.
Amerikanın məşhur “Apple” şirkəti yeni məhsullarını texnologiya aləminə təqdim edib. ANS PRESS-in BBC-ə istinadən verdiyi məlumata görə, yeni şirkət “iPad” kompüter planşetlərinin yeni versiyasını-“iPad Air” planşetinin təqdim edib. Təqdimat mərasimi San-Fransiskoda baş tutub. Yeni planşetin çəkisi 450 qramdır. Bu planşet standart “iPad” planşetindən 20% daha nazikdir.
Mərasimdə şirkət həm də özünün daha bir yeni notbukunu təqdim edib. “MacBook Pro” notbuk “Retina” displeyi ilə təchiz olunub. Bu planşetlər də çəkisinə görə yüngül və nazik olacaq. Həmçinin bunun qiyməti əvvəlki plnaşetlərə nisbətən 200 dollar ucuz olacaq. Şirkət özünün yeni “Mavericks OS X” əməliyyat sisteminin pulsuz əldə oluna biləcəyini bildirib. Ekspertlər şirkətin bu addımı, “Microsoft” şirkətinin “Windows” əməliyyat sistemi ilə rəqabət aparmaq üçün attığını bildirib.