İnternetin ən təhlükəli sözləri
13 İyun 2009 Şənbə 06:00
Bu sözlərdən istifadə etmək viruslu proqram riskini çoxaldır

Mərkəzi Amerikada olan bir anti-virus şirkəti 5 böyük axtarış sistemi Google, Yahoo, Live, AOL və Ask-da 2600 çox istifadə olunan sözü araşdıraraq və 413 min web səhifəni analiz edərək internetin ən təhlükəli kəlmələrini müəyyənləşdirib. “Free” (pulsuz), music (musiqi), "download" (yükləmə), sözləri ilə olan axtarışın pis niyyətli proqram riskini çoxaltdığını deyən mütəxəssislər, axtarış qutucuğuna "free music downloads" cümləsini yazmağın virus riskini 20 faiz artırdığını bildirib. Şirkət rəsmisi təkcə bir ildə pis məqsədli proqram kimi tanınan viruslarda çox böyük dəyişikliklər olduğunu bildirərək, “evinin zirzəmisində virus hazırlayanlardan, mütəşəkkil kiber cinayətlərə, terror və başqa mütəşəkkil ceopolitik hücum şəkillərinə qədər müxtəlif viruslar müəyyənləşdirdik” – deyib.   
"Screen saver (ekran qoruyucu), free games (pulsuz oyunlar), work from  home (evden faliyyət), olympics (olimpiadalar), videos (videolar), celebrities  (məhşurlar), music (musiqi) ve news (xəbərlər) kateqoriyalarının ən çox virus olma riskinə sahib sözlər olduğunu bildirən anti-virus şirkətinin mütəxəssisləri, "word  unscrambler (kəlimə parolunu açmaq), lyrics (mahnı sözləri), myspace, free music  downloads, phelps, game cheats (oyun ipuçları), printable fill-in puzzles (bulyap  yazdırma), free ringtones (pulsuz mobil telefon melodiyaları) ve solitaire (kart falı) sözlərinin də ən risklilərdən olduğunun vurğulayıblar.  /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar