İnternetde saytların sayı 739 milyona çatıb
07 Sentyabr 2013 Şənbə 06:57
Bu da öten ayla müqayisede 22,2 milyon çoxdur.
“Netcraft” analitik şirkətinin sentyabrın 1-nə olan məlumatına əsasən, internetdə 739 milyon 32 min 236 sayt fəaliyyət göstərir. Bu da ötən ayla müqayisədə 22,2 milyon çoxdur.
Son ayda “Nginx” veb-serveri xidmət göstərdiyi saytların bazasını 7,4 milyon artırmış və hazırda onun bazası internetdə fəaliyyət göstərən saytların 15 faizini təşkil edir.
Bu yaxınlarda “Nginx” tərtibatçıları sözügedən veb-serverin kommersiya versiyasını istifadəyə vermişlər.
Bildirilir ki, son ayda “Apache” veb-serveri tərəfindən xidmət göstərilən saytların sayı 9,7 milyon artmış və hazırda onun bu seqmentdə payı 64 faiz təşkil edir.
DOSTLARINLA PAYLAŞ: