İnternet şəbəkəsində 628 milyondan çox sayt işləyir
03 Avqust 2012 Cümə 15:44
Bu göstərici bir ay əvvəlki ilə müqayisədə 38 milyon azdır.
Netcraft analitik şirkəti internet şəbəkəsində saytların sayı barədə növbəti aylıq hesabatını dərc edib. Şirkətin məlumatına əsasən, avqustun 1-nə şəbəkədə 628 170 204 sayt işləyib ki, bu da bir ay əvvəlkindən 38 milyon azdır.

Şirkətdə bildirirlər ki, mənfi dinamika veb-saytların hesablanma meyarlarının dəqiqləşdirilməsi ilə əlaqədardır. Həmçinin, statistikadan 242 fiziki İP-ünvanda yerləşən 40 milyona yaxın sayt çıxarılıb, CyberSecurity yazır.

Bütün bunlar ilk olaraq bazarda ən iri veb-server olan Apache-ya mənfi təsir edib ki, veb-server 36 milyon host itirib, onun bazar payı isə 59 faizə enib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar