İnternet kanallarının tutumu 200 giqabit saniyəyə çatıb
23 İyul 2012 Bazar Ertəsi 09:43
Ötən illə müqayisədə çıxış trafiki üzrə Azərbaycandan beynəlxalq istiqamətlərə ötürülən trafikin həcmi 11,8 faiz artıb.
Ölkədə ötən illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2,2 dəfə artaraq təqribən 200 giqabit saniyəyə çatıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu ilin 6 ayında dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,3 milyon dəqiqə azalaraq 316,8 milyon dəqiqə, çıxış trafikinin həcmi isə 9,9 milyon dəqiqə artaraq 93 milyon dəqiqə təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə çıxış trafiki üzrə Azərbaycandan beynəlxalq istiqamətlərə ötürülən trafikin həcmi 11,8 faiz artıb və bu artım “Azercell” MMC-dən beynəlxalq istiqamətlərə ötürülən trafikin hesabına olub. Bundan əlavə, Gürcüstanın dünya ölkələrinə çıxış telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunub.
DOSTLARINLA PAYLAŞ: