İnternet istifadəçilərinin sayı 2 milyardı ötüb
20 Yanvar 2012 Cümə 18:07
Dünyada 555 milyon sayt fəaliyyət göstərir.
Ötən il internet istifadəçilərinin sayı 2 milyardı ötüb. “The Royal Pingdom” resursu tərəfindən dərc edilmiş hesabata əsasən, hazırda 2,1 milyard insan internetdən istifadə edir.

Asiyada 922,2 milyon, Avropada 476,2 milyon, Şimali Amerikada 271,1 milyon, Latın Amerikası və Karib dənizi ölkələrində 215,9 milyon insan internetdən istifadə edir.

Ən az internet istifadəçiləri Afrika, Yaxın Şərq və Avstraliyadadır. Bundan əlavə, 2011-ci ilin sonunda 555 milyon sayt fəaliyyət göstərib.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi 800 milyon istifadəçi həddini keçib. “Twitter” mikrobloqlar xidməti isə 225 milyon istifadəçiyə malikdir, lakin onlardan yalnız 100 milyonu aktivdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar