Internet Explorer en tehlükesiz brauzer olub
27 İyul 2013 Şənbə 06:37
“NSS Labs” şirkəti tədqiqat aparıb. En tehlükesiz brauzer Internet Explorer seçilib.
“NSS Labs” şirkətinin tədqiqat nəticələrinə əsasən, “Internet Explorer” brauzerinin son versiyası ən təhlükəsiz brauzer adlandırılıb, “Securitylab” yazır.
Ekspertlər təyin ediblər ki, “IE 10” və “Google Chrome 25/26” fişinq hücumlarına və istifadəçilərin fərdi məlumatlarının itkisinə qarşı daha dayanıqlıdır.
Bununla belə, arzuedilməz məzmunun bloklanmasının orta sürətinin hesablanması zamanı “Firefox” və “Safari” brauzerləri yaxşı nəticə göstəriblər.
DOSTLARINLA PAYLAŞ: