
Azərbaycanın ilk süni peykinin hazırlanması və orbitə çıxarılması üçün elan edilən tenderin nəticələri acıqlanıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən "AzərTAc"a verilən məlumata görə, layihəni ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti həyata keçirəcək.
Qeyd edək ki, tender nazirliyin beynəlxalq əlaqələr və hesablaşma mərkəzi tərəfindən 2009-cu ilin yanvarında elan olunmuşdu. Tenderdə Fransanın “ThalesAlenia Spase” və “EADS/Astrium”, ABŞ-ın “Space Systems/Loral İnc.” və “Orbital Sciences Corporation” şirkətləri, həmçinin Yaponiya və Rusiyanın “Sumitomo Corporation” və “İSS Reşetnev” konsorsiumu iştirak edirdi.
İddiaçılara təqdim olunan əsas şərtlər toplusuna uyğun verilmiş təkliflər Tender Komissiyası və əlavə cəlb edilmiş xarici ekspertlər tərəfindən qiymətləndirilib. Nəticədə “Orbital Sciences Corporation” şirkətinə birinci, “Space Systems/Loral İnc.” şirkətinə ikinci, Fransanın “ThalesAlenia Spase” şirkətinə üçüncü yer verilməsi barədə qərar qəbul olunub.
/ANS PRESS/