“Salam world” sosial şəbəkəsinin “Fecebook”a alternativ olmadığını vurğulayır.
Dünyanın ilk və yeganə müsəlman sosial şəbəkəsi “Salam world” mart ayında sınaq yayımına start verəcək. "Mediaforum"un verdiyi məlumata görə, sosial şəbəkənin əsas hədəfi 5 il ərzində şəbəkəyə 50 milyon istifadəçi cəlb etməkdir. “Salam world” sosial şəbəkəsinin “Fecebook”a alternativ olmadığını vurğulayan şəbəkə rəsmisi Midim Kaya qeyd edib ki, bu platforma daha çox “internet məscid” xarakteri daşıyır.
Bir çox dildə hazırlanan “Salam world” şəbəkəsində əxlaqa zidd foto və videoların, eləcə də qumar oyunlarının reklamının yerləşdirilməsi qadağandır. Bu şəbəkənin yaradılması haqqında xəbər 2011-ci ilin sonlarında yayılıb.
Qurumun mərkəzi ofisi İstanbulda yerləşəcək. Sayt Hindistanın Haydarabad vilayətində yerləşən serverdən idarə olunacaq. Dünyanın iri şəhərlərində “Salam world” mərkəzinin muxbir məntəqələri yaradılacaq. İlk mərhələdə şəbəkə türk, ərəb, fars, rus, ingilis və fransız dillərində fəaliyyət göstərəcək. Daha sonra isə digər dillərə də tərcümə olunacaq.