“İlin ən yaxşı avtomobili” seçilib
22 Aprel 2011 Cümə 11:33
“Nissan Leaf” bu nominasiyada fərqlənib
Nyu-Yorkda keçirilən “World Car of the Year” adlı müsabiqədə Yaponiya istehsalı olan elektrik avtomobili “Nissan Leaf” “İlin avtomobili” nominasiyasında qalib olub.
ANS PRESS-in “Avto Vesti”yə istinadən verdiyi məlumata görə, “İlin avtomobili” nominasiyasında qalib olmağa ümumilikdə 39 maşının namizədliyi irlə sürülüb. Münsiflər heyətinin rəyinə əsasən “Nissan Leaf” final mərhələsində “Audi A8” və BMW 5 Series markalı avtomobilləri üstələyərək qalib adını qazanıb.
Müsabiqədə “İlin ən yaxşı idman avtomobili” nominasiyasında “Ferrari” qalib adını qazanıb. “İlin ekoloji avtomobili” nominasiyasında ”Chevrolet Volt”, “ən yaxşı avtomobil dizaynı” nominasiyasında Böyük Britaniyanın “Aston Martin Rapide” maşını üstün olub.
DOSTLARINLA PAYLAŞ: