İlin ən bahalı maşınları
07 Yanvar 2010 Cümə Axşamı 10:35
İlin ən bahalı maşınları. İlk pillədə “Mercedes-Benz S65 AMG”dır.
“Forbes” jurnalı 2010-cu ilin ən bahalı avtomobillərinin siyahısını hazırlayıb. Siyahıya 10 maşının adı daxil edilib. Top onluğun ilk pilləsində “Mercedes-Benz S65 AMG” markalı avtomobil gəlir. Onun qiyməti 201 min dollardır.
İkinci yerdə “Mercedes-Benz CL” qərarlaşıb. Qiyməti 207 min dollar.
Üçlüyü qiyməti 155 min dollar olan “Audi R8” tamamlayır.
İlk onluğa həmçinin “BMW 7”, “BMW M6”, “Jaguar XJ”, “Mercedes-Benz CLS”, “Jaguar XK”, “Chevrolet Corvette” və “Land Rover Range Rover” daxil edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: