İKT sektorunun gəlirləri 7 ildə 5 dəfə artacaq
19 Fevral 2013 Çərşənbə Axşamı 13:09
Ötən il bu sahə üzrə gəlirlər 1,750 mlrd. dollar təşkil edib.
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun illik gəlirləri 2020-ci ildə 9 mlrd. ABŞ dollarına çatacaq. Bunu Ali Neft Məktəbində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, ötən il bu sahə üzrə gəlirlər 1,750 mlrd. dollar təşkil edib.

Nazir bildirib ki, 7 ildən Azərbaycanda ÜDM-in əsas hissəsi qeyri-neft sektorunun hesabına formalaşacaq. "2020-ci ildə ölkədə İKT-nin orta illik artım tempinin 20% civarında olacağı gözlənilir. Sektorun gəlirlərinin isə 8-9 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu da ümumdünya orta göstəricisindən 2-2,5 dəfə çoxdur. Proqniozlaşıdırlan rəqəm isə ÜDM-in 8-9%-ni təşkil edəcək".

Ə.Abbasov bildirib ki, hazırda Azərbaycanda ixracın 85%-i neft sektorunun payına düşür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar