İçərişəhər saytı hazırlanıb
29 Dekabr 2009 Çərşənbə Axşamı 12:10
İçərişəhər saytı hazırlanıb. Saytda qoruğun tarixi haqqında ətraflı məlumat, turistlər üçün faydalı informasiya var.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin saytı fəaliyyətə başlayıb. www.icherisheher.gov.az ünvanlı saytda İçərişəhərdə baş verən hadisələr, keçirilən tədbirlər barədə məlumatlar əks olunur. Qoruq ərazisində yerləşən abidələr, onların tarixi haqqında ətraflı məlumat, turistlər üçün faydalı olacaq informasiya, o cümlədən turist marşrutları, burada yerləşən muzeylər, mehmanxana və restoranlar haqqında məlumat yerləşdirilib.

Saytda həmçinin İçərişəhərin keçmişini, indiki durumunu əks etdirən rəsmlər, fotoşəkillər, açıqcalar və videomateriallardan ibarət guşə də yaradılıb.

İlkin olaraq Azərbaycan dilində fəaliyyət göstərən saytın gələcəkdə bir sıra xarici dillərdə də fəaliyyət göstərməsi nəzərdə tutulur.

Qeyd edək ki, sayt prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində fəaliyyət göstərməyə başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar