HP şirkətinin gəlirləri artıb
23 Noyabr 2010 Çərşənbə Axşamı 03:15
Ötən bir ildə şirkətin mədaxili 125 milyard dollar, gəliri isə 8,8 milyard dollar olub
2009-2010-cu maliyyə ilində Amerikanın “Hewlett-Packard” (HP) şirkətinin gəlirləri 8,8 milyard dollar təşkil edib. Bu, bir il əvvəlki göstəricən (7,7 milyard) 14% çoxdur. Şirkətin ötən gün açıqlanan maliyyə hesabatında belə deyilir.

Oktyabrın 31-d başa çatan maliyyə ilinin yekunlarına görə, şirkətin mədaxili 126 milyard dollar olub. Bu, bir il əvvəllə (114,6 milyard dollar) müqayisədə 10% çoxdur.

2009-2010-cu maliyyə ilinin IV rübündə HP şirkəti 2,5 milyard dollar, bir il əvvəllə (2,4 milyard dollar) müqayisədə 5% çox gəlir əldə edib.

“Hewlett-Packard” dünya bazarında komyuter texnologiyaları sahəsində liderlərdən biridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar