HP rəhbəri seksual qısnamada ittiham olunur
07 Avqust 2010 Şənbə 20:20
HP rəhbəri Mark Herd artıq vəzifəsindən istefa edib.
Kompüter və orqtexnika satışı ilə məşğul olan dünyanın nəhəng şirkətlərindən biri “Hewlett-Packard”ın (hp) rəhbəri Mark Herd vəzifəsindən istefa edib. Belə ki, şirkət rəhbərinin vəzifəsindən könüllü şəkildə imtina etməsinə səbəb “hp”nin keçmiş əməkdaşlarından birinin Mark Herdi seksual qısnamada ittiham etməsi olub.
Qeyd edək ki, keçmiş şirkət işçisinin ittihamı əsasında aparılan araşdırma nəticəsində Mark Herdin koorporativ qaydaları pozmadığı bəlli olub. Lakin bununla yanaşı xüsusi komissiya isə iş etikası prinsiplərinin pozulduğunu aşkar edib.
“hp”dəki beş illik fəaliyyətindən sonra verdiyi qərarın olduqca çətin olduğunu deyən şirkət rəhbəri bildirib ki, bu, qəbul edə biləcəyi yeganə düzgün qərardır: “Qeyd etmək istəyirəm ki, bu qərarım heç bir şəkildə nə şirkətin gələcək fəaliyyətinə, nə də maliyyə vəziyyətinə təsir etməyəcək”. “hp” müvəqqəti olaraq maliyyə direktoru Keti Lesyak tərəfindən idarə olunacaq.
Xatırladaq ki, “hp” şirkəti informasiya texnologiyaları sahəsində dünya lideridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: