Honda 304 000 avtomobilini geri çağırır
03 Dekabr 2011 Şənbə 01:22
Honda avtomobillərin hava yastıqlarında problemlər meydana gəlib.
“Honda” korporasiyası hava yastıqlarında meydana gələn problemlər səbəbilə satışda olan 304 000 avtomobilini geri çağırır. Korporasiya rəsmiləri toqquşma vaxtı meydana gələn təzyiq səbəbilə hava yastıqlarının nəzərdə tutulandan çox şişdiyini, bu səbəblə sürücü ve ya sərnişinə dəyəcək metal və plastik hissələrin ölümə səbəb olacağını bildirib. Açıqlamada bu problem səbəbilə 2009-cu ildə ABŞ-da 20 qəza olduğu, onlardan 2-nin ölümlə nəticələndiyi bildirilib.
Geri çağırılan avtomobillərin 2001 və 2002-ci ildə istehsal olunan “Accord”, “Civic”, “Odyssey”, “Pilot”, “CR-V” və başqa modelləri əhatə etdiyi; ABŞ-da 273 000, Avropada 170 000, Kanadada 27 000, Yaponiyada 2 000, digər ölkələrdə 2 000 avtomobilin qaytarılacağı bildirilib.
DOSTLARINLA PAYLAŞ: