Honda 1 milyon avtomobilini geri çağırıb
11 Fevral 2010 Cümə Axşamı 17:50
Honda şirkətinin imicinə böyük zərər dəyib
Yaponiyanın ikinci iri avtomobil şirkəti olan "Honda"nın istehsal etdiyi maşınlar da təhlükəsizlik sistemindəki nasazlıqlarla əlaqədar etibarını itirib. Bu nasazlıqlar insanların sağlamlıqlarını itirməsi ilə nəticələnib. “Honda” rəqibi “Toyota”nın ardınca dünya üzrə 440 min avtomobilini təhlükəsizlik yastıqlarındakı nasazlıq səbəbindən geri çağırıb. Şirkət əsasən “Civic” və “Accord” modellərini təmir etməyi planlaşdırır. Əvvəlki qaytarılmaları da nəzər alsaq, “Honda” artıq 1 milyona yaxın avtomobilini geri çağırıb.
Qeyd edək ki, “Honda”nın narahatçılığına səbəb avtomobil qəzası zamanı təhlükəsizlik yastıqlarının sürücüyə və sərnişinlərə yüksək təzyiq göstərməsi olub. Bu səbəbdən ABŞ-da 11 nəfər zərər çəkib, 1 nəfər isə dünyasının dəyişib. Bununla yanaşı, “Honda” ətrafında yaranmış qalmaqal yapon avtomobillərinə olan etibara bir qədər də zərbə vurub.
Xatırladaq ki, “Toyota” şirkəti də bəzi modellərində əyləc problemi ilə əlaqədar avtomobilləri geri çağırıb. Hazırda Amerikanın nəzarət orqanları “Toyota”nın məşhur “Corolla” modeli ilə bağlı təhqiqat aparır və onlar “Toyota”ya qarşı iddia qaldırmağı düşünürlər. ABŞ Konqresi bu məsələ ilə bağlı dinləmələrə başlamalı idi. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar proses təxirə salınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: