Hansı ölkə spamın mənbəyi sayılır
26 İyul 2013 Cümə 02:07
Şimali və əsasən də Şərqi Avropa ölkələri spam siyahısında ilk pillələrdədirlər.
Təhlükəsizlik üzrə ixtisaslaşan “Cloudmark” şirkətinin apardığı tədqiqatın nəticələrinə əsasən Şimali və əsasən də Şərqi Avropa ölkələri spam siyahısında ilk pillələrdədirlər. ANS PRESS Azərbaycan Respublikası Dövlət Orqanları üçün kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən xəbər verir ki, mütəxəsislərin araşdırmalarına görə Belarusiyada spamerlər çox populyarlaşıb və onlar bunu başqa ölkələrin spamerləri ilə fəal mübarizə aparması ilə səciyyələndiriblər.
Başqa dövlətlərin hostinq provayderləri spam mesajlarını bloklayırlar, buna görə də spamerlər uğursuzluğa məruz qalmamaq üçün fəaliyyət göstərə biləcəkləri yer axtarırlar.
Bildirmək istərdik ki, “Cloudmark” şirkətinin analizlərinə əsasən Rusiya (3%), Rumıniya (22,3%) və Belarus (27,4%) əsas spam mənbəyidir.
DOSTLARINLA PAYLAŞ: