Halal Facebook 2012-ci ildə peyda olacaq
03 Dekabr 2011 Şənbə 16:08
Yeni internet müəssisəsinin baş ofisi İstanbulda yerləşəcək.
Türkiyənin İstanbul şəhərində bir qrup müsəlman iş adamı 2012-ci ilin başlanğıcında müsəlman auditoriyası üçün "Facebook" tipli sosial şəbəkə işə salınacağını bildiriblər.

ANS PRESS “AFP”yə istinadən bildirir ki, “SalamWorld.com”un başlıca məqsədi “müsəlman gəncliyi dünyada ümumi baxış və İslamın sağlam dəyərləri ətrafında birləşdirmək, həmçinin zərərli məlumatın yayılmasına mane olmaqdır”. Bu barədə saytın yaradılması ideyasının məxsus olduğu şirkətin vitse-prezidenti Əhməd Əzimov bildirir.

Yeni internet müəssisəsinin baş ofisi İstanbulda yerləşəcək. Bundan başqa, onun Moskva və Qahirədə də nümayəndəliyi açılacaq, həmçinin daha 30 ölkədə koordinatorları da olacaq. Sınaq buraxılışı 2012-ci ildə keçiriləcək, üç ilə sayt 50 milyon istifadəçi yığmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar