Haker hücumlarından necə qorunmalıyıq
04 Aprel 2013 Cümə Axşamı 19:59
İnsan beyninin rifah üçün icad etdiyi kəşflər elə insanın özünü girova çevirir.
Maraqlıdır ki, insan beyninin rifah üçün icad etdiyi kəşflər elə insanın özünü girova çevirir. Kompüter və internet sistemini yaradan insan onun dağıdıllmasının da yollarını tapır. Bu kiber hücumlardır. Kiber hücumları bəzən sifarişlə, bəzən də təsadüf nəticəsində haker adlanan şəxslər törədir.

Onların müdaxiləsi nəticəsində rəsmi və şəxsi saytlar kiber hücuma məruz qalaraq, sıradan çıxarılır. Maraqlıdır ki, saytların mühafizə sistemlərinin olmasına baxmayaraq, hakerlərin bu hücumu necə baş verir.

Çox vaxt kiber hücumlar məqsədyönlü şəkildə dövlət və ya təşkilat tərəfindən həyata keçirilir. Bəs, öz saytlarımızı, sosial şəbəkə ünvanlarımızı kiber hücumlardan necə qoruya bilərik? Statistik məlumatlara görə, Avropa ölkələrində bir çox müəssələr və idarələr mütamadi olaraq, kiber hücumlarına məruz qalırlar.

Azərbaycanın da internet resurslarına dövlət və idarə saytlarına qonşu ölkələrdən kiber hücumlar edilib. Dağılan saytların bərpası isə kifayət qədər vaxt aparır. Həmin vaxt ərzində yaranmış məlumat blokadasının nəticələrini təsəvvür etmək çətin deyil.



DOSTLARINLA PAYLAŞ:

oyunlar