Günəşin qeyri-adi görüntüsü çəkilib
20 Oktyabr 2012 Şənbə 06:17
Akademiklər SDO-nin əldə etdiyi məlumatlarla günəşin dünyaya olan təsir qüvvəsini daha yaxşı öyrənməyə çalışırlar
NASA-nın “Günəş Dinamikləri Rəsədxanası” (SDO) günəşin qeyri-adi görüntülərini yayıb. Merilend əyalətindəki NASA “Goddard” kosmik uçuş mərkəzindən verilən məlumata görə, günəşin səthində meydana gələn partlayış və qasırğa “Gradyan” filtiri ilə çəkilib. Bildirilir ki, “Gradyan” filtiri ulduzun atmosferdəki xroniki dövrlərinin ən aydın nümayişinə yardım edir. Akademiklər SDO-nin əldə etdiyi məlumatlarla günəşin hərəkətini və dünyaya olan təsir qüvvəsini daha yaxşı öyrənməyə çalışırlar.

Qeyd edək ki, SDO-nun 2010-cu ilin fevralında kosmosa göndərdiyi kosmik aparatın 5 il müddətində NASA-ya günəş barədə məlumatlar ötürməsi gözlənilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar