Google video xidmətini bağlayacaq
18 Aprel 2011 Bazar Ertəsi 23:14
Google video xidmətini bağlayacaq. Videoları may ayının 13-nə qədər yükləmək mümkün olacaq.
Dünyanın ən tanınmış axtarış internet saytlarından biri olan “Google”un ödənişsiz xidməti bağlanır. Bir neçə neçə il əvvəl və hətta indi nömrə 1 olan “Google” saytı nöqtəni qoyur.
Belə ki, “Google” artıq az qala unudulan video xidmətini aprel 29-da bağlamağa və orada yerləşdirilmiş bütün videoları silməyə hazırlaşır. İndi videoları silinmədən may ayının 13-nə qədər yükləmək mümkün olacaq.

“Google”un video xidmətinin bağlanması əslində gözlənilirdi. Çünki şirkət 2009-dan bəri yeni videoları yükləməyə icazə vermirdi.

Qeyd edək ki, “Google Video” ilk dəfə olaraq 2005-ci ilin əvvəllərində bir video axtarış xidməti olaraq yaranıb. Ancaq 2006-cı ildə bu gün artıq dünyada bir nömrə video paylaşım portalı olan “YouTube”un kölgəsində qalıb. Buna baxmayaraq, bir neçə ay sonra “Google” “YouTubeni” 1.65 milyard dollara əldə etməyə bacarıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar