Google və Yelp saziş imzaladı
21 Dekabr 2009 Bazar Ertəsi 18:45
"Google" "Yelp"lə əməkdaşlığa başlayacaq
Dünyanın nəhəng internet-axtarış sistemi “Google” fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır. Şirkət bu dəfə “Yelp” onlayn xidməti ilə yeni danışıqlara başlayıb.
Qeyd edək ki, tərəflər danışıqlara hələ ötən ildən başlayıb. Lakin son dövrlər danışıqlar prosesi daha ciddi şəkil alıb. Bəzi məlumatlara görə, sazişin dəyəri 500 milyon dollardan yüksək ola bilər.
“Yelp” xidməti 2004-cü ildə istifadəyə verilib. Yeni sazişə əsasən “Yelp” sayəsində yerli şirkətlər, idarələr, müəssisələr haqqında məlumatlar əldə etmək, xüsusi təkliflər və hər hansı bir şirkət barəsində fikir mübadiləsi aparmaq mümkün olacaq. Həmçinin şirkət rəhbərlərinə saytda şəxsi hesablarını açmaq imkanı da veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: