Google sosial şəbəkə xidməti verəcək
01 İyul 2011 Cümə 04:15
Google sosial şəbəkə xidməti verəcək. Bu xidmət bir çox istifadəçinin tələb etdiyi özəlliklərə sahib olacaq.
Dünyanın ən böyük virtual axtarış sistemi olan “Google” “Facebook”a rəqib olmağa hazırlaşır. Məlumata görə, axtarış sistemi “Google+” adıyla sosial şəbəkə xidməti verməyə başlayacaq. Bu xidmət bir çox istifadəçinin tələb etdiyi özəlliklərə sahib olacaq. Belə ki, istifadəçi yaratdığı qrupun kim tərəfindən görülməsinə məhdudiyyət qoya biləcək, paylaşılan məlumatların isə kim tərəfindən görülüb-görülməməsinə istifadəçi özü qərar verəcək.

Qeyd edək ki, digər sosial şəbəkələrdə yazılan qeydlər siyahıda olan bütün dostlar tərəfindən görünür.

Bundan başqa “Google+” istifadəçisinə “Hangout” adlı video-söhbət imkanı da verəcək. Bu sistemlə eyni vaxtda 10 nəfər də video-söhbət edə biləcək. Bu saytda daxili axtarıış sistemi də olacaq.

Qeyd edək ki, “Facebook”a rəqib olmağa hazırlaşan və hal-hazırda pilot fəaliyyət göstərən “Google+”nin nə vaxt aktiv olacağı hələlik bəlli deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar