Google məhkəməyə verilib
20 Dekabr 2009 Bazar 17:25
Google şirkəti Fransa hökumətinin qəzəbinə tuş gəlib
Məşрur internet-axtarış sistemi “Google” yenidən məhkəmə qarşısına çıxmalı olub. Şirkət bu dəfə Fransa hökuməti tərəfindən müəllif hüquqlarının pozulmasında ittiham olunub. Korporasiya internetdə icazəsiz olaraq fransız kitablarını yerləşdirdiyi üçün cərimə ödəməli olacaq.

“Google” Fransanın “La Martiniere” nəşriyyatına 300 min avro ödəyəcək.

Bundan savayı kitablar elektron bazasından tam şəkildə çıxarılana kimi şirkət hər gün 10 min avro həcmində fransızlara pul verməli olacaq.

Qeyd edək ki, "Google"un bu addımı ABŞ və Avropada da etirazla qarşılanıb. ANSPRESS






DOSTLARINLA PAYLAŞ:

oyunlar