Google gəlirlərini artırıb
16 Aprel 2010 Cümə 03:10
İlin birinci rübündə Google şirkətinin xalis gəliri 1,95 milyard dollara çatıb.
Dünyanın aparıcı axtarış sisteminə malik “Google İnc” internet-korporasiyası 2010-cu ilin birinci rübündə xalis gəlirlərini 37,3 faiz artırıb və 1,95 milyard dollara çatdırıb. Ötən ilin müvafiq dövründə şirkətin xalis gəliri 1,42 milyard dollar olmuşdu. Bu barədə məlumat “Google”-un maliyyə hesabatında yer alıb.
2010-cu ilin ilk üç ayı ərzində “Google”-nin hasilatı 23 faiz artıb və 5,50 milyard dolardan 6,7 milyard dollara çatıb. Şirkətin hasilatında əsas yeri axtarış sorğuları ilə bağlı reklamlar tutur. Böhran internet industriyasında fəaliyyət göstərən frmalara ciddi təsir etsə də, “Google” öz yerini qorumağı bacarıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: