Google ən sürətli interneti təqdim edir
13 Fevral 2010 Şənbə 04:45
Google ən sürətli interneti təqdim edir. Yeni layihə sayəsində bir kino-filmin 5 dəqiqədə yüklənməsinin mümkün olacağı bildirilir.
Virtual dünyanın ən böyük axtarış sisteminə sahib olan və indiyə qədər bir çox iqtisadi sahəyə investisiya qoyan “Google” (quql) “Super internet layihəsi”ni təqdim edib. Məlumata görə, amerikalı internet istifadəçilərinin bu gün istifadə etdiyi internetdən 100 qat daha sürətli internet üçün baza hazırlanır. Qeyd edək ki, “Google” super internet layihəsini ilk mərhələdə 500 min əhalisi olan yaşayış massivində sınaqdan keçirəcək. qeyd edək ki, yeni layihə sayəsində bir kino-filmin 5 dəqiqədə yüklənməsinin mümkün olacağı bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: