Google “dudl”ı Novruz bayramına həsr edib
21 Mart 2012 Çərşənbə 10:06
Sistem axtarış səhifəsininin loqotipini bayrama həsr edib.
Dünyanın ən nəhəng internet-axtarış sistemi Google əsas səhifəsində Novruz bayramının loqotipini yerləşdirib. İstifadəçilər loqotipin üzərinə basaraq Novruz bayramı haqda məlumat əldə edə bilərlər.
Google bu cür loqotiplərin yerləşdirilməsini 1998-ci ildən həyata keçirir. Bir qayda olaraq axtarış sistemi beynəlxalq və milli bayram günləri, tanınmış şəxslərin doğum günləri münasibəti ilə sistemdə məhz bu cür loqotiplər yerləşdirir.
DOSTLARINLA PAYLAŞ: