Google 200 keçini işə götürüb
05 May 2009 Çərşənbə Axşamı 20:10
Şirkət fəaliyyət göstərdiyi ofislərdən birinin həyətindəki alaq otlarından qurtulmaq üçün keçilərdən istifadə edəcək

 

Dünyanın ən böyük virtual axtarış sistemi olan "Google" (quql) 200 keçini işə götürüb. "Google"un rəsmi bloqunda yayılan məlumata görə, şirkətin keçilərdən yeganə tələbi ot yeməkdir. Belə ki, şirkət fəaliyyət göstərdiyi ofislərdən birinin həyətindəki alaq otlarından qurtulmaq üçün bu yolu seçib.
Şirkət rəsmi bloqunda bu işi otbiçmə maşını ilə də mümkün olduğunu, ancaq maliyyət eyni olduğu və keçilər çox sevimli olduğu üçün bu addımı atdıqlarını bildirib. Qeyd edək ki, icarəyə götürüləm keçilər ofisin həyətindəki ot qurtardıqdan sonra sahiblərinə geri qaytarılacaq.

Şirəli Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar