General Motors Saabı satmalı oldu
16 İyun 2009 Çərşənbə Axşamı 19:25
Yaxın vaxtlarda “Saab”ın yeni modelləri istehsal ediləcək

 

ABŞ-ın iri avtomobil istehsalçısı olan “General Motors” və İsveçin “Koenigsegg Group AB” konsorsiumu GM-nın bölməsi olan “Saab Automobile AB” şirkətinin satışı barədə qarşılıqlı anlaşma memorandumu imzalayıb. ANS PRESS-in “RBC”ya istinadən verdiyi xəbərə görə, sövdələşmənin şərtlərinə əsasən “Saab” Avropa İnvestisiya Bankından (EIB) 600 milyon dollar həcmində kredit alacaq.

Kreditə görə zəmanət isə İsveç hökuməti tərəfindən təqdim olunacaq.

Bundan əlavə GM və “Koenigsegg Group AB” yeni “Saab” məhsullarının, o cümlədn yeni modellərin istehsalına sərmayə yatırmaq barədə üzərlərinə öhdəlik götürəcəklər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar