General Motors 60 min avtomoblini geri çağırır
22 Mart 2010 Bazar Ertəsi 13:50
General Motors şirkətinin iki modeli qüsurlu çıxıb.
General Motors Cənubi Koreya bazarından 60 min avtomobilini geri çağırmağı planlaşdırır. Əsasən şirkətin "Chevrolet Cruze" və "Captiva" modelinin geri çağırılması nəzərdə tutulub. GM-in Cənubi Koreyadakı "Daewoo Auto & Technology" bölməsi 45 min 957 Captiva avtomobili geri çağıracaq. Qeyd edək ki, Captiva C. Koreyada “Winstorm” markası altında satılır. Bu modelin çağırılmasına səbəb onun sükan idaəretməsində qüsurların yaranması göstərilir. Bu təbirlər əsasən, 2006-cı ilin aprel ayından 2007-ci ilin dekabr ayına kimi olan müddətdə istehsal olunan avtomobillərə tətbiq olunacaq.
Bundan başqa şirkət "Lacetti Premierе" markası altında satılan 12 min 604 "Chevrolet Cruze" avtomobilini də geri çağıracağını bildirib. Şirkətin bu modelində isə yanacağın ötürmə sistemində problemlərin yaranması göstərilir. “Daewoo Auto & Technology”nın nümayəndələri bildiriblər ki, bu markadan olan avtomobillər digər ölkələrin bazarlarından da geri çağırıla bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: