Gecə kompüterdə oyun oynamaq qadağan olundu
01 Mart 2011 Çərşənbə Axşamı 06:06
Artıq vetnamlılar gecə kompüterdə oyun oynaya bilməyəcək.
Vetnamda gecələr kompüterdə oyun oynamaq qadağan olunub. Rabitə və İnformasiya nazirliyinin verdiyi açıqlamaya görə, martın 3-dən etibarən gecə 22.00 ilə səhər 08.00 saatları arasında internetdə oyun oynamaq qadağandır. Nazirlik qadağaya riayət etməyənlərin internet xidmətinin dayandırılacağını bildirib: “Yerli rabitə və informasiya departamentləri internet şəbəkələrini təqib edəcək və qadağaya riayət etməyənlərin interneti kəsiləcək”.
Qeyd edək ki, bu qadağanın Vetnamda olan yeniyetmə nəslin gecə gec vaxtlara qədər oyun oynamasının qarşısını almaq üçün həyata keçirildiyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: