Formasını dəyişən televizorlar satışda
01 Avqust 2014 Cümə 07:54
Pultla hərəkət edən elektrik mühərrikləri ekranın kənar hissəsini tamaşaçıya yaxınlaşdırmaqla onu yastı və əyri formaya salır.
“Samsung” şirkəti formasını dəyişə bilən yeni televizorları təqdim edib. Məlumatına görə, yeni cihazlar bu gündən Koreya Respublikasında satışa çıxarılacaq.
ANS PRESS-in məlumatına görə, 78 düymlük modelin ekranının təsvir ölçüsü “Ultra HD”-dir (3840×2160 nöqtə). Pultda düymənin sıxılması ilə hərəkət edən xüsusi elektrik mühərrikləri ekranın kənar hissəsini tamaşaçıya yaxınlaşdırmaqla onu yastı və əyri formaya salır.
Bu televızorlar ilin əvvəlində ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri hesab edilən “Consumer Electronics Show 2014”-də (CES) nümayiş olunub.
DOSTLARINLA PAYLAŞ: