Fiat iki yerə bölündü
21 İyul 2010 Çərşənbə 18:40
Fiat iki yerə bölündü. Şirkətlərdən biri yük, digəri isə minik avtomobillər istehsal edəcək.
İtaliyanın məşhur “Fiat” avtomobil şirkəti iki hissəyə bölünüb. Şirkətlərdən biri ancaq yük maşınları, mikroavtobus, tikinti və kənd təsərrüfatı, eləcə də onların istifadəsi üçün mühərrik istehsal edəcək. Digəri isə “Fiat”, “Lancia”, “Alfa-Romeo”, “Ferrari” kimi minik avtomobillərin istehsalı ilə məşğul olacaq.
Şirkət rəhbərliyi bu barədə planlarının olduğunu bir qədər öncə də bəyan etmişdi. Lakin şirkətin iki hissəyə bölünməsi haqda rəsmi qərar şirkətin Direktorlar Şurasının bu gün keçirilən iclasından sonra açıqlanıb. Müvafiq qərar 2011-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Bununla da, şirkətin keyfiyyət qabiliyyətinin yüksələcəyi gözlənilir.
“Fiat” həmçinin istehsal həcminin artıracağını da bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: