Facebook virtual dövlət ola biləcəkmi?
25 İyul 2010 Bazar 13:10
Facebook virtual dövlət ola biləcəkmi? Şəbəkənin bir çox əlamətləri müstəqil dövləti xatırladır.
İngiltərənin “The Economist” jurnalı bu həftə istifadəçi sayı 500 milyona çatan “Facebook”un hələlik müstəqil bir dövlət olmadığını, amma getdikcə bu əlamətlərə sahib olması barədə kiçik bir araşdırma dərc edib. Temple Universitetinin professoru David Post “facebook” sosial şəbəkəsinin sahib olduğu imkanları dövlətin əlamətləri ilə müqayisə edib.

- İlkin oxşar əlamət maliyyə məsələləri ilə bağlıdır. Belə ki, “facebook” sosial şəbəkəsində müxtəlif şəxslər və şirkətlər tərəfindən xüsusi proqramlar yaradılır ki, insanlar da bu yolla pul qazanırlar. Bu ildən tətbiq olunan yeni qaydalarda isə “facebook” pulundan istifadə etmək tələb olunur. Bu da hər bir dövlətin öz valyutasının olması ilə müqayisə edilir.

- Başqa bir oxşar əlamət isə vergi siyasəti ilə bağlıdır. İnsanların pul qazandığı bu proqramlar vasitəsi ilə əldə olunan vəsaitin 30 faizini “facebook” gəlir vergisi kimi tutur.

- Bütün dövlətlərdə olduğu kimi “facebook”da da idarəçilər “xalqın” dəstəyinə ehtiyac duyurlar. İrimiqyaslı dəyişikliklərin tətbiq olunması üçün şəbəkə eyni ilə dövlətlərdə olduğu kimi “referendum”dan istifadə ediur.

- Şəbəkə üzvləri “facebook” hesabları ilə digər saytlardan da qeydiyyatdan keçmədən istifadə edə bilirlər ki, bunu da mütəxəssislər pasport sisteminə bənzədirlər.

- Digər bir əlamət isə beynəlxalq əlaqələrdir. Ötən həftə İngiltərə “Facebook”dan sosial şəbəkədə təriflənən bir qatil barədə məlumatların çıxarılmasını istəmişdi. “Facebook” isə istifadəçilərin öz fikirlərini istədikləri kimi ifadə etmək hüququnun olduğunu bildirərək bu tələbdən imtina edib.

Sosial şəbəkənin istifadəçi sayı hazırda 500 milyona çatır, hər gün öz hesabına daxil olanlar isə 200 min nəfərdir. “Facebook”un təxmini dəyəri isə 40 milyard dollardır. “Wall Street Journal” real dəyəri növbət il ictimaiyyətə açıqlanacaq bu şəbəkənin 35-59 milyard dollar arasında qiymətləndirildiyini yazıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar