Facebook saytında problem baş verib
21 Oktyabr 2013 Bazar Ertəsi 19:18
Facebook saytında paylaşım etmek ve şerh yazmaq mümkün deyil.
Oktyabrın 21-də gündüz saatlarında “Facebook” sosial şəbəkəsinin işində problem yaranıb. ANS PRESS “Mashable”yə istinadən bildirir ki, şəbəkə istifadəçilərin yeni yazılarını dərc etmir.

Status paylaşmaq istəyəndə aşağıdakı məlumat çıxır: “Sizin statusunuzun paylaşılmasında problem yaranıb. Bir neçə dəqiqədən sonra bir daha sınayın”. İstifadəçilər “bəyənmək” və dərc edilmiş yazılara şərh yazmaq imkanını da itiriblər.
Problemin səbəbinin nə olduğu isə açıqlanmır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar