Facebook Lite fəaliyyətini dayandırdı
24 Aprel 2010 Şənbə 06:00
İstifadəçilərin Facebook “Lite”dəki fəaliyyətləri ismarış yollamaq, dostlara rəy bildirmək, video və şəkilləri paylaşmaqla məhdud idi.
İctimai şəbəkə saytı “Facebook Lite” öz fəaliyyətini dayandırıb. BBC-nin yaydığı məlumata görə bu, “Facebook”un yeni öyrənənlər, və internet sürəti zəif olanlar üçün yartdığı yardımçı sayt idi. Qeyd edək ki, istifadəçilərin “Lite”dəki fəaliyyətləri ismarış yollamaq, dostlara rəy bildirmək, video və şəkilləri paylaşmaqla məhdud idi.

Mütəxəssislər hesab edir ki, “Facebook” bu saytı “Twitter”ə istiqamətlənmiş internet istifadəçilərini özü tərəfə çəkmək üçün yaradıbmış.

“Facebook” bu saytın fəaliyyətinin dayandırılması barədə hər hansı bir açıqlama verməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar