Facebook" istifadəciləri şokda
22 İyun 2013 Şənbə 23:20
Sistemdə yeni virus aşkarlanıb
“Facebook”da 6 milyon istifadəçinin şəxsi məlumatları yeni bir virus səbəbindən ortaya çıxıb. Şirkətdən bildiriblər ki, virus nəticəsində sosial paylaşım sistemində meydana gələn problem sadəcə olaraq texniki bir problemdir. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq “Facebook”da yaranan texniki problem tam olaraq aradan qaldırılıb və bu barədə 6 milyon istifadəçinin email ünvanlarına məlumat göndərilib.
Qeyd edək ki, “Facebook”un dünyada 1 milyarddan çox istifadəçisi var.
DOSTLARINLA PAYLAŞ: