"Facebook"dakı oğrunun kimliyi müəyyənləşib
17 May 2010 Bazar Ertəsi 22:00
1,5 milyon şifrəni oğurlayan IP ünvanı ilə tapılıb
“Facebook” şirkəti 1,5 milyon insanın öz hesablarına daxil olmaq üçün istifadə etdiyi şifrələri oğurlayan rusiyalı hakerin şəxsiyyətini müəyyənləşdirib. Bu barədə “Infosecurity Magazine” internet nəşri məlumat yayıb.
“Kirllos” ləqəbli hakerin kompyuterinin IP ünvanı ilə ələ keçdiyi bildirilir. “Facebook” şirkəti rəsmisinin sözlərinə görə, hazırda faktla bağlı materiallar toplanaraq ABŞ hüquqmühafizə orqanlarına təqdim olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: