Eurovision 2012 rəsmi milli saytı hazırlanır
17 Dekabr 2011 Şənbə 20:22
Eurovision 2012 rəsmi milli saytı hazırlanır. Hazırda veb-saytın dizaynı üzərində iş gedir.
"Eurovision Mahnı Müsabiqəsi-2012"nin rəsmi milli saytı yaradılır. ANS PRESS-in İctimai Televiziya və Radio Yayımları Şirkətinin saytına istinadən verdiyi məlumata görə, hazırda veb-saytın dizaynı üzərində iş gedir.

Saytda (www.eurovision.az) müsabiqəyə hazırlıla bağlı ən son məlumatlar, milli seçim turlarına dair operativ xəbərlər, «Eurovision» mahnı müsabiqəsi haqqında reportajlar, foto və video materiallar təqdim olunacaq.

"Eurovision» mahnı müsabiqəsinin rəsmi milli saytında xəbərlərlə yanaşı, həmçinin Azərbaycan tarixi, mədəniyyəti, coğrafiyası və s. haqqında məlumatlar yer alacaq. Bununla yanaşı, müsabiqənin keçiriləcəyi paytaxt - Bakı şəhəri barədə turistlər üçün maraqlı və faydalı informasiya yerləşdiriləcək.

Qeyd edək ki, Avropa Yayımları Birliyinin (EBU) nümayəndələri ilə keçirilmiş son iclasda saytın hazırlıqları ilə bağlı məsələlər müzakirələr olunub. Saytın tezliklə təqdim edilməsi planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar