Ərəb ölkələri yeni enerji növünü axtarır
10 Dekabr 2009 Cümə Axşamı 20:55
Ərəb ölkələri yeni enerji növünü axtarır. Söhbət günəş enerjisindən gedir.
Dünya Bankı günəş enerjisini istehsal edən stansiyaların tikintisi üçün 5 ərəb ölkəsinə kömək edəcək. Bunun üçün qurum 5,5 milyard dollar kredit verməyi planlaşdırır.

Bir sıra beynəlxalq qurumlarla birlikdə təmiz enerji almaq istiqamətində fəaliyyətini davam etdirən Dünya Bankı kredit verəcəyi ölkələrin adını açıqlayıb. Bunlar Əlcəzair, Misir, İordaniya, Tunis və Mərakeşdir.

Bank ilin isti günləri daha çox olan digər ölkələrdə də bu tip stansiyaların tikintisini maliyyələşdirmək niyyətindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar