Ənənəvi internet köhnələrək tezliklə tamamilə yox olacaq
29 Dekabr 2011 Cümə Axşamı 12:13
Forrester Research tədqiqat şirkətinin yaradıcısı Corc Koloni belə düşünür.
Ənənəvi internet modeli köhnələrək tezliklə tamamilə yox olacaq və onu “Əlavələr interneti” əvəz edəcək. Nüfuzlu Forrester Research tədqiqat şirkətinin yaradıcısı Corc Koloni belə düşünür.

Onun sözlərinə görə, hazırda internetlə iş zamanı istifadədə təsvir edilən personal kompüter və internet şəbəkəsi kimi təfəkkür modellərindən yaxın vaxtlarda imtina edilməlidir.
Hazırda Şəbəkə qurğuların məlumatların emalı və saxlanılması üzrə sürətlə artan imkanlarından çox səmərəsiz yararlanır. Əlavələrin fəal istifadəsinə keçid dünya ictimaiyyətinə həm qlobal şəbəkənin imkanlarının, həm də qurğuların hesablama güclərinin birləşdirilməsi sayəsində interneti daha rahat və effektiv edəcək.

D.Koloni ona əsaslanır ki, mobil qurğular və əlavələrin populyarlıq və məhsuldarlığı yüksək artım dövrü yaşadığı təqdirdə, rəqəmsal şəbəkələr vasitəsilə məlumatların ötürülmə sürəti daha zəif templə artır. App Store mağazalar əlavəsinin uğur qazanması məhz bununla izah edilir. Mağazanın mədaxili Forrester Research mütəxəssislərinin hesablamalarına görə, 85 faizlik illik artımla 2,2 milyard dollara çatır.

“Yaxın vaxtlarda bizdə personal kompüter, planşet kompüter və serverlər kimi qurğularda çox güclü əlavələrə qoşulan bulud servislər olacaq. Zənnimcə, belə arxitektura gələcəkdə üstünlük təşkil edəcək”, məruzədə qeyd edilib. İnternetin fəaliyyətinin məhz belə yeni modelini D.Koloni "Əlavələr ineterneti” adlandırıb.

Analitiklər onu da proqnozlaşdırırlar ki, yeni internet modelinin gəlişi hazırkı Google, Facebook və digər nəhəng internet-şirkətlərin vəziyyətini zəiflədə bilər. D.Koloni həmiçinin əlavə edir ki, hələlik yalnız Apple şirkəti indiki yeniliyi anlaya bilib, Cnews yazır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar