Amerika avtomobil jurnalistləri ilin ən yaxşı avtomobilini seçiblər.
Amerika avtomobil jurnalistləri ilin ən yaxşı avtomobilini seçiblər. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, səsvermədə Çikaqo, Nyu-York, Los-Anceles və Detroytda keçirilən avtomobil sərgilərində debüt etmiş avtomobillər iştirak edib.
2013-cü ilin “Ən yaxşı kar-konsepti” “Hyundai HCD-14” seçilib. “Ən yaxşı konseptual pikap” kateqoriyasında isə qələbəni “Ford Atlas” qazanıb.
Seriya modelinin müjdəçisi olan idman avtomobili “BMW i8 Spyder” “ən yaxşı prototip” adına layiq görülüb.
