Ən depressiv sosial şəbəkənin adı məlum olub
17 Avqust 2013 Şənbə 11:24
İnstagram insanların daha çox depresiyaya düşməsinə səbəb olur.
Ən depressiv sosial şəbəkə məşhur instaqram sosial şəbəkəsidir. Bu barədə ANS PRESS Rusiya mətbuatına istinadən məlumat verir.
İnstaqramda çoxlu sayda yad insanların səyahətdə və ya hər hansı bayramlarda çəkdirdikləri şəkillərinə baxmaq imkanı insanları depressiyaya salır. Yəni gördükləri bahalı istirahətlərə getmək üçün maddi imkanı olmayan insanlar öz həyatlarından şıkayət etməyə başlayır və depreisyaya düşür.
Bunadan başqa İnstoqram şəkil yerləşdirilməsinə yönəldiyi üçün insanların emosiyalarına mətni mesajlarla müqayisədə güclü təsir edir.
Psixoloqlar isə deyirlər ki, insanlar şəkildə gördükləri hər şeyə inanmamalıdır. Çünki həmin şəklin arxasında əslində nəyin gizləndiyi məlum olmur.
DOSTLARINLA PAYLAŞ: