Ən arzuolunan qadın avtomobili istehsal edilib
15 Aprel 2011 Cümə 12:06
Xüsusi olaraq brilyantlarla bəzədilmiş - “Audi A1 Diamond Edition”
Dünyanın ən öndə gedən avtomobil markalarından hesab edilən "Audi" yenə də ən yeni modellərini təqdim ediи. Dünya brendi bu dəfə xüsusi olaraq qadınlar üçün ən arzuoluan heçbekini buraxıb. Şirkət Norveçin ən məşhur zərgəri ilə birlikdə “Audi A1 Diamond Edition” modelini nümayiş etdirib. Avtomobilin bu seriyasının özəlliyi onun aksessuarlar, xüsusilə də xalis brilyantlarla işlənməsidir.
“Audi A1 Diamond Edition” modelinin üzəri sonsuzluğu ifadə edən "D" və "E" hərflərinin birləşməsi ilə bəzədilib. Avtomobilin avtomatik ötürmə qutusunun kənarları ümumi çəkisi 0,48 karatlıq 24 brilyantla bəzədilib. Bundan başqa, modeldə Fransanın məşhur kosmetik brendindən də istifadə olub. Avtomobilin salonunun xüsusi təchiz edilmiş hissəsinə “Guerlain” Fransa parfümeriya evinin kosmetika dəsti də əlavə olunub.
Avtomobilin açarları isə özəl instruksiya ilə bəzədilmiş eksklüziv boyunbağı şəklində hazırlanıb.
“Audi A1 Diamond Edition”dən cəmi 57 ədəd buraxılacaq.
DOSTLARINLA PAYLAŞ: