Əli Abbasov konturdan manata keçiddən danışdı
03 May 2011 Çərşənbə Axşamı 12:24
Nazir mobil operatorlardan tazı qalıb
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının kontur sistemindən manat tarifikasiyasına keçidinə münasibət bildirib. Nazir baş vermiş dəyişikliyin mobil rabitə sahəsində şəffaflığı artırdığını deyib.

“Bu sistem sayəsində abunəçi ona göstərilən xidmətə görə ödədiyi vəsaitə nəzarət edə bilir. Bu sistem həmçinin operatorlar arasında rəqabət gücləndirir” - deyə nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycanın ən böyük mobil operatoru “Azercell Telekom” MMC mayın 1-dən manat tarifikasiyasına keçib. Ölkənin ilk mobil operatoru “Bakcell” isə manat tarifikasiyasına mayın 5-dən keçəcək. “Azerfon” şirkəti isə fəaliyyətə başladığı ilk gündən bub sistemlə işləyir.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları tənqid edərək onlardan bəzilərinin hələ də kontur sistemindən manat-əsaslı ödəmə sisteminə keçməmələrini pisləmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar