“Dünyanın ən seksi videosu” ilə yayılan virus
20 May 2010 Cümə Axşamı 04:05
“Facebook” istifadəçilərinə növbəti dəfə təhlükəyə qarşı xəbərdarlıq olunub.
“Sophos” adlı anti-virus firması “Facebook” istifadəçilərinə təhlükəli bir virusa qarşı xəbərdarlıq edib. Xəbərdarlıqda, virusun “dünyanın ən seksi videosu” başlıqlı ismarışla yayıldığı bildirilir. Məlumata görə mini yubka ilə velosipeddə oturan qızın şəkli olan ismarışı birbaşa “Facebook”da açmaq mümkün deyil.
“Facebook” videoya baxmaq istəyən istifadəçilərə kompüterdə lazım olan kodek (codec) proqramının olmadığına dair xəbərdarlıq edir. Bu proqramı yükləməklə istifadəçi zərərli olan virusun kompüterə girməsinə izn verir.
Firma rəsmilərinin verdiyi məlumata görə, ismarışın ən çaşdırıcı xüsusiyyəti isə siyahıda olan dostlarınız tərəfindən göndərilmiş kimi görünməsidir.
“Sophos” istifadəçilərini əsla belə bir ismarışa inanmamağa çağırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: