Dünyanın ən kiçik MP3 pleyeri
16 Avqust 2012 Cümə Axşamı 14:06
Sinqapurun “Bluetree Electronics” şirkəti “theKube2” adlı “MP3” pleyerinin satışlarına başlayıb.
İstehsalçının iddiasına görə, qurğu dünyanın ən kiçik ölçülü və sensor idarəetməyə malik musiqi pleyeridir. Pleyer kub şəklində hazırlanıb. Aparatın korpusunda müxtəlif rəngli alüminiumdan istifadə edilib. “ICTnews.az” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki, “theKube2” pleyerinin tərəflərindən biri sensor idarəetməyə malikdir. p leyeri qoşmaq üçün barmaqla sol tərəfdəki sensor səthə toxunmaq və iki saniyə saxlamaq lazımdır. “theKube2” pleyeri 3,5 millimetrli audio konnektor və “microSD” formatlı yaddaş kartı üçün slotla təchiz edilib. Pleyerin avtonom iş vaxtı 6 saat təşkil edir. ABŞ-da 4 QB tutumunda yaddaş kartına malik qurğunun qiyməti 45 dollar təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar