Amerikanın tanınmış “Forbes” nəşri bu ilin ən çirkin maşınlarının adlarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, dünyanın ən qorxulu maşınlarının siyahısına adi maşınlarla bərabər bahalı superkarlar da daxil edilib.
Antireytinq müəlliflərinin fikrincə, ən zövqsüz avtomobil “Toyota Prius V” olub. Ancaq buna baxmayaraq, avtomobilsevərlər hələ də bu maşını alır və bəyənir.
Onlar “Dodge Avenger” və “Dodge Charger”i olduqca ağır və darıxdırıcı adlandırıblar. “Mini Coupe” kompakt modeli və “Toyota Scion tC” isə müəlliflər özündə kupe və sedanda olan ən pis şeyləri birləşdirən avtomobil adlandırılıb.
“Toyota iQ” modeli isə şəhər üçün yaramayan ən sürətsiz avtomobil kimi qiymətləndirilib.
Antireytinqin tərtibatçıları “Mercedes-Benz SL550” rodsterini “press altında qalmış”, “McLaren P1” modelininin qabaq hissəsini isə “burnu yanmış” kimi xatırladıblar.